NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Jurnalist Nail Əsgərov yazır: “Cənab Prezident, Azərbaycan xalqı daim Sizin yanınızdadır!”

...

Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına budəfəki müsahibəsi də yaşadığımız dövrün gün ötdükcə tündləşən geosiyasi mənzərəsinə aydınlıq gətirdi. Ölkə başçısı yaxın Şərqdə baş verən hadisələri, Qərbin, xüsusilə də Fransanın cəfəng siyasi oyunlarını, manipulyasiyaları, İsrail-Fələstin müharibəsini, Suriyada Əsəd diktatura rejiminin çökməsinin bölgə üçün açdığı yeni əməkdaşlıq perspektivlərini, Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişafını, Azərbaycan-Amerika münasibətlərindən gözləntiləri, Ermənistanla mövcud vəziyyəti, aparılan böyük qayıdış siyasətini və dünya düzəninin dəyişilməsi yönündə baş verən digər qlobal prosesləri praqmatik yanaşma tərzi ilə təhlil etdi, gələcəyə dair mühüm mesajlar verdi. Azərbaycanın dövlət siyasətinin əsas məqsədinin regionda, Cənubi Qafqazda sülh, əmin-amanlıq yaratmaq olduğunu vurğulayan Prezident Naxçıvanla ölkənin digər ərazilərinin nəqliyyat əlaqələrinin bərpasına, Zəngəzur dəhlizinin açılmasına dair qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Sitat: Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər”.

Müsahibədə ölkə başçısı Azərbaycan dövlətinin əsas hədəfləri sırasında hərbi qüdrətin artırılması və Qarabağın, Şərqi Zəngəzurun bərpası dayandığını növbəti dəfə vurğuladı. Bu xüsusda Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasını qeyd etmək lazımdır. Dövlət sənədində Böyük Qayıdışla bağlı təsbit olunmuş iki məqsədəhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib ki, hər iki istiqamət üzrə ötən dövrdə xarici media orqanlarında da gündəm yaradan, əhəmiyyətli işlər icra olunub, layihələr reallaşdırılıb. Ölkə başçısı Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib. Ümumiyyətlə, proqramın qəbulundan ötən üç il ərzində Qarabağa məxsus milli-mənəvi dəyərlər, adət-ənənələr, tarix, mədəniyyət, turizm cəlbediciliyi, bölgəyə məxsus məhsulların şöhrəti özünə qaytarılıb, yaşayış məntəqələri üçün müasir infrastruktur quruculuğu aparılıb, “yaşıl enerji” potensialından istifadə imkanları genişləndirilib, 30-dan çox su elektrik stansiyası tikilib, dəmir yolları qurulub, 10 yaşayış məntəqəsinə soydaşlarımızın köçü həyata keçirilib. On mindən çox köçkün artıq evlərlə, daimi yaşayışla təmin edilib. Hazırda proqramın icrası uğurla aparılır, 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Ölkə başçısı jurnalistlərə müsahibəsində Böyük Qayıdışa dair 2025-ci il üçün nəzərdə tutulan layihələrdən də qısaca söz açaraq bildirdi ki, bu il üçün planlarda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaq var. Həmin şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə hazırda inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar...

Son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti aparılır ki, bu xüsusda sənaye parklarının yaradılması mühüm səmərəsi ilə seçilir. Bu baxımdan Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da yaşayış məntəqələrinin yenidən qurulması, məcburi köçkünlərin öz doğma yurdlarına köçürülməsinin təmini ilə yanaşı, Qarabağda, Şərqi Zəngəzurda sənaye müəssisələrinin, parkların qurulması əsas prioritetlərdəndir. Hazırda ölkə üzrə 8 rayonu əhatə edən Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir ki, onlardan da ikisi işğaldan azad olunan Ağdam və Cəbrayıl rayonlarında yerləşir. Ötən il istifadəyə verilən Ağdam Sənaye Parkındakı divar kağızları istehsalı zavodunda artıq sentyabr ayından istehsala başlanılıb. Müəssisədə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Artıq Gürcüstana ilk məhsul ixracı həyata keçirilib. 2025-ci ildə istehsalın 30 faizi, 2026-cı ildən isə 50 faizdən çoxu ixrac üçün nəzərdə tutulub. Hazırda bununla bağlı Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanla danışıqlar aparılır. Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də Ağdam şəhərində yaradılmış sənaye parkının məhsullarının xaricə ixracını yüksək qiymətləndirdi. Ölkə başçısı Qarabağ, Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikası ilə bağlı iqtisadi, sosial, yaşıl enerjivə təhlükəsizlik nöqteyi-nəzərdən planların olduğuna diqqəti çəkdi və gələcəkdə bu nümunələrin ölkəmizin digər bölgələrində də tətbiq ediləcəyini vurğuladı: Biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerjilayihələri bütün ölkəni əhatə edəcək. Bax bizim planlarımız bundan ibarətdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində diqqətçəkən mühüm məqamlardan biri də Qərbi Azərbaycana qayıdış məsələsi idi. Bəli, ölkə başçısının da dəfələrlə çıxışlarında bildirdiyi kimi, Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar fonunda soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına qayıdış missiyası da qarşıda duran əsas hədəflərdəndir. Bu xüsusda fundamental şəkildə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası böyük əhəmiyyətə malikdir. Beynəlxalq hüquqa, tarixi faktlara əsaslanan, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən bu mühüm dövlət sənədi azərbaycanlıların öz tarixi yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək məqsədi daşıyır. Başqa sözlə, təxribatçı əməllərlə məşğul olan qarşı tərəfdən fərqli olaraq Azərbaycan dövləti bütün məsələlərdə ədalətli mövqedə dayanır, humanizm prinsipləri üzərindən hərəkət edir, 300 minə yaxın soydaşımızın hüquqlarının bərpasına dair faktlarla, sübutlarla danışır: XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Məhz bu qeyd etdiyimiz dəyişilməz mövqe, prinsiplər əsasında ötən bir neçə ildə Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün mütərəqqi işlər həyata keçirilib, elmi əsərlər, monoqrafiyalar yazılıb, Dərələyəzdən, Göyçədən, İrəvandan və digər torpaqlarından didərgin düşən soydaşlarımızın keçmişdəki yaşayışına, orada məskunlaşmasına dair tarixi xəritələr çap etdirilib. 1987-1988-ci illərdə başlayan sonuncu deportasiya zamanı soydaşlarımıza qol-qanad açan Naxçıvan da qayıdış konsepsiyasının icrasına töhfələr verib, 2023-2024-cü illərdə muxtar respublikadaQərbi Azərbaycana qayıdış” festival-konqresləri keçirilib, bu tədbir ictimai-siyasi əhəmiyyəti, elmi-mədəni dəyəri ilə seçilib, təqdir edilib...

Tarixə qovuşan hər ötən gün bir daha təsdiqləyir, sübut edir ki, 1993-cü ildən bəri Azərbaycan xalqı doğru, düzgün yola qədəm qoyub, bu istiqamətdə uğurla, inamla irəliləyir, Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməklə tarixi qələbələrə imza atır. Ölkəmiz dünyada gedən müharibə və münaqişələrdən uzaq qalmağı bacarır, sabitlik, əmin-amanlıq adası, inkişaf məkanı kimi tanınır, nümunə göstərilir. Hər bir həmvətənimiz əmindir ki, dövlətimizin siyasi, iqtisadi gücü, qüdrəti sayəsində gələn illər özü ilə bərabər yurdumuza, elimizə firavanlıq, rifah gətirir, yaşayıb-yaratmaq amalı aşılayır. Azərbaycan xalqı hər zaman öz Qalib Liderinin arxasındadır, Qalib Lider də xalqımızın hüquqlarını ən yüksək şəkildə qoruyur, müdafiə edir və ən çətin sınaqlardan üzüağ çıxan bu sarsılmaz birlik, həmrəylik yeni nailiyyətlərə, uğurlara vəsilə olur. “Bu gün hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhvali-ruhiyyə, xoş ovqat, cəmiyyətimizin rahat yaşaması, özünə əminlik hissləri dayanır. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu, xüsusi bir hissdir. Bunu, yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi, bəlkə də bu, unikal təcrübədir”sitatın sonu!

Nail ƏSGƏROV

Nəşr edilib : 08.01.2025 15:03