NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

İsmət Əliyev: Azərbaycanda bərabərlik hüququnu pozma ilə bağlı heç bir cinayət baş verməyib

...

2025-ci ildə məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi ilə bağlı 2, psixi zorakılıqla bağlı 4 inzibati xəta qeydə alınıb.

"Şərq qapısı" xəbər verir ki, bunu Daxili İşlər nazirinin müavini İsmət Əliyev parlamentdə keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, Azərbaycanda bərabərlik hüququnu pozma ilə bağlı heç bir cinayət baş verməyib. Bütövlükdə, qadınların hüquqlarının təmin edilməsi, onlara qarşı törədilmiş cinayətlərin açılması, zorakılıqların profilaktikası, istənilən formada təzahür edən ayrı-seçkiliyin aradan qaldırılması, daxil işlər orqanlarının əsas vəzifələrindən olmaqla müvafiq istiqamətdə fəaliyyət planlı şəkildə davam etdirilməkdədir.

Qadınların təqsirləndirilən və ya zərər çəkmiş qismində tanındıqları bütün cinayət işlərinin, o cümlədən materialların təhlili əsasında onları cinayətə təhrik edən amillərin öyrənilməsi, aidiyyəti orqan və təşkilatlara vəsatətlərin verilməsi təmin edilib, ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 8 min 889 hüquqazidd əməlin qarşısı alınıb.

Nəşr edilib : 04.03.2026 16:36