NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

İlham Əliyev İspaniya Kralını təbrik edib

...

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeni İspaniya Krallığının milli bayramı münasibətilə təbrik edib.
"Şərq qapısı" xəbər verir ki, təbrikdə deyilir:
"İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Nəşr edilib : 12.10.2025 12:10