"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas və görkəmli dövlət xadimi Nəsrəddin Tusiyə həsr olunmuş V- IX sinif şagirdləri arasında fizika-riyaziyyat fənləri üzrə II Fizika-Riyaziyyat Olimpiadasının məktəb turu keçirilib.
5 minə yaxın məktəblinin qatıldığı olimpiadada şagirdlərə fizika və riyaziyyat fənlərinin hər birindən 25 sual təqdim edilib, onlara 3 saat vaxt ayrılıb.
Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
Qeyd edək ki, rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.
Digər xəbərlər