NAXÇIVAN :

03 May 2025, Şənbə

İdmançımız Türkiyədə növbəti qələbəsini qazanıb

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində "Oguz Dövüş Gecesi" adlı boks turniri keçirilib. Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan idmançıların qatıldığı döyüş gecəsində ölkəmizi təmsil edənlər arasında şərurlu idmançı Alişan İsmayılov da olub.
Təmsilçimiz 57 kq çəki dərəcəsində türkiyəli Yusuf Nacara qalib gələrək turnirin qızıl medalına sahib çıxıb.
Xatırladaq ki, adıçəkilən idmançımız bu ilin fevralında İstanbulda keçirilən KBN kəməri uğrunda döyüşü də qələbə ilə tamamlamışdı.

Nəşr edilib : 02.05.2025 18:22