Naxçıvanda təhsilin inkişafı yeni mərhələ
12:04 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
“Bu konfransda "Əkinçi” ilə başlanan “Ziya”, “Ziyayi-Qafqaziyyə” ilə davam edən, ən sonda "Azərbaycan"ı yaradan, bu gün isə çoxsaylı mətbuat orqanına sahib olan ölkə jurnalistikasını, bütövlükdə, media mühitini incələdik. Təbii ki, bu 150 illik mətbuat tarixi dönəminin müəyyən zaman kəsiyində Ümummilli Lider Heydər Əliyevin mətbuatın inkişafında rolu böyükdür. Çünki Heydər Əliyev hələ birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən sonra Azərbaycanda yerli mətbuat orqanlarının yaradılmasında çox böyük təşəbbüslər göstərib”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransdan sonra “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib. O bildirib ki, bu gün keçirilən konfransda Azərbaycan milli mətbuatının 150 illik tarixi, bu şərəfli tarixdə Ümummilli Lider Heydər Əliyevin rolu və Azərbaycan mətbuatının inkişafında göstərdiyi mühüm xidmətlər barəsində danışılıb və ümumiyyətlə, Azərbaycan milli mətbuatının 150 illiyinə bütövlükdə diqqət yönəldilib: “Azərbaycanda mətbəələrin yaradılmasında Heydər Əliyevin çox müstəsna xidməti var. Baxmayaraq ki, bir partiyalı dönəmdə fəaliyyət göstərən Azərbaycan jurnalistləri sovetlər dönəmində idilər, onda da Azərbaycan mətbuatının formalaşması, dilimizin təmizliyi və milli-mənəvi dəyərlərimizin saxlanılması ön planda idi. Sonrakı dönəmdə, yəni 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə mətbuatın inkişafının yeni bir mərhələsi artıq mövcud idi. Demokratik, azad milli mətbuatın artıq bünövrələri qoyulmuşdu. Bu bünövrələrin əsasında Ümummilli Lider Heydər Əliyev çoxsaylı bir fəaliyyət planı seçdi. Jurnalistlərin ən yaxın dostu idi, jurnalistlərlə daim təmasda olurdu və Azərbaycan çap mətbuatının inkişafında xüsusi xidmətləri var idi. Onun hakimiyyəti dönəmində yüzlərlə qəzet nəşr olunub. İstər partiyaya bağlı, istər müstəqil, istərsə də heç bir siyasi partiyaya xidmət etməyən müxtəlif sahəyönümlü qəzetlər həmin dövrdə fəaliyyət göstərib və məhz o zaman mətbuata dövlət qayğısının əsası qoyulub. Bu gün də bu proseslər artıq davam edir və Ümummilli Lider Heydər Əliyevin qoyduğu önəmli yol İlham Əliyev tərəfindən davam etdirilir. Ona görə də məhz hesab edirəm ki, bugünkü tədbirin əsas mahiyyəti və məğzi də bundan ibarət idi”.
Digər xəbərlər