Dünya birjalarında neft ucuzlaşıb
10:29 30.04.2025
0
0
0
Gürcüstan Prezidenti Mixail Kavelaşvili rəsmi səfərlə Azərbaycana yola düşüb.
"Şərq qapısı" bu barədə Gürcüstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, onun ilk xarici səfəri olacaq.
Səfirlikdən bildirilib ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlər planlaşdırılır, ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
"Prezidentin ilk rəsmi xarici səfəri Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsi olan Azərbaycan Respublikasından başlayır. İkitərəfli əməkdaşlıq məsələləri, həmçinin regional təhlükəsizlik, hazırda ölkələr arasında həyata keçirilən mühüm iqtisadi layihələr müzakirə olunacaq", - Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.
Qeyd edək ki, M.Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.
Digər xəbərlər