Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə İmran Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən “Gələcəyin Yazarı – 2026” adlı mini festival keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşan tədbirin əsas məqsədi uşaqlarda kitab sevgisini artırmaq və gələcəyin yazarlarını ruhlandırmaqdır.
"Şərq qapısı" xəbər verir ki, festival çərçivəsində balaca istedadlar “Mənim xəyalımdakı dünya” mövzusunda hazırladıqları hekayə və şeirləri səsləndirib, Naxçıvanın möhtəşəm memarlıq abidələrini rəngləyərək təsvir ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Aygün Heydərli, Naxçıvan Regional Mədəniyyət İdarəsinin müdiri Azər Cəfərli, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair-publisist Elxan Yurdoğlu, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hüquqşünası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məftunə Hüseynbəyli mövzu ətrafında çıxış ediblər.
Sonda fəal iştirakçılara “Gələcəyin Yazarı – 2026” sertifikatları və hədiyyələr təqdim olunmuşdur.
Tədbir şən musiqi nömrəsi ilə yüksək əhvali-ruhiyyədə başa çatıb.
Digər xəbərlər