Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin əməkdaşları tərəfindən “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun kənarındakı yaşıllıq sahələrində aqrotexniki qulluq işləri aparılıb.
Aqrotexniki qulluq zamanı yolboyu əkilmiş ağaclar suvarılıb, quru budama işləri görülüb, eyni zamanda yolun digər hissəsindəki bağ alaq otlarından təmizlənib.
Görülən işlərin məqsədi mövcud yaşıllıqların sağlam böyüməsini təmin etmək, ekoloji tarazlığı qorumaq, ərazinin ekoloji vəziyyətini yaxşılaşdıraraq ziyarətgaha üz tutan insanlarda xoş təəssürat yaratmaqdır.
Digər xəbərlər