NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Ermənistanda Dövlət Gəlirləri Komitəsinin sabiq sədri saxlanılıb

...

Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Arutyunyanı saxlayıblar.

"Şərq qapısı" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

O, qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda və çirkli pulların yuyulmasında ittiham olunur.

Hazırda Antikorrupsiya Məhkəməsi Arutyunyanın həbsi ilə bağlı vəsatətə baxır.

O, 2016-2018-ci illərdə vergi qurumuna rəhbərlik edib, bundan əvvəl "Qazprom Ermənistan"ın baş direktoru olub.

Nəşr edilib : 08.08.2025 12:01