NAXÇIVAN :

09 Iyun 2025, Bazar ertəsi

Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır

...

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.

"Şərq qapısı" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə DGK sədri Eduard Akopyan parlamentdə jurnalistlərə bildirib.

"Bizim vəzifəmiz istənilən ssenaridə gömrük nəzarətini təşkil etməkdir. Əgər biz blokadanın aradan qaldırılması və sərhədlərin açılmasından danışırıqsa, sadəcə buna hazır olmaq lazımdır. Biz hazırıq, çünki məsələn, müvafiq avadanlıq və mexanizmlərlə təchiz edilmiş "Marqara" məntəqəmiz var ki, bu da istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verir", - o qeyd edib.

Nəşr edilib : 09.06.2025 14:23