NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Əmrah Nağıyev Bakı Marafonunda 6-cı oldu, rekordunu yenilədi

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə  "Bakı Marafonu 2025" təşkil olunub. “Küləyə qalib gəl” şüarı ilə reallaşan kütləvi idman tədbirində Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən, ümumilikdə, 28 minədək iştirakçı qeydiyyatdan keçib. 

Ordubad rayonundan olan atlet Əmrah Nağıyev marafona bu dəfə fəxri iştirakçı qismində qatılıb və bundan öncəki nəticələrindən daha yaxşısına nail olub. İdmançı tam məsafəni (21 km) 1 saat 14 dəqiqə 55 saniyəyə qət edərək ümumi sıralamada 6-cı olub. Bundan əlavə, gənc idmançımız azərbaycanlılar arasında finişə ən öndə çatıb, kişilərin 18-29 yaş kateqoriyasında 3-cü yerə sahib çıxıb.

Qeyd edək ki,  Azərbaycanla yanaşı, Türkiyədə və Gürcüstanda keçirilən marafonların daimi iştirakçısı olan Əmrah Nağıyevin Bakı Marafonundakı göstəricisi şəxsi karyerasında ən yüksək nəticədir.

Nəşr edilib : 05.05.2025 10:00