İraq Prezidenti 13-cü Ümumdünya Şəhərsalma Forumun...
23:31 03.05.2026
0
0
0
Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb.
"Şərq qapısı" xəbər verir ki, Nazirlikdən bildirilib ki, müsabiqəyə ümumilikdə 107 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 99-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan layihələr Prezidentin müvafiq Fərmanına uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Fondu ilə razılaşdırılıb. Nəticə etibarilə qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş 16 layihəyə qrant ayrılıb.
Müsabiqə nəticəsində qrant ayrılmış layihələrlə buradan tanış olmaq mümkündür.
Digər xəbərlər