NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş müraciət edib

...

Yanvarın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 170 vətəndaş müraciəti daxil olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müraciətlərin 675-i elektron, 875-i yazılı qaydada, 2 128-i sosial media, 12 455-i isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 037 müraciət qeydə alınıb.

Qeyd olunub ki, müraciətlər eksternat imtahanı, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.

Nəşr edilib : 16.01.2026 16:03