NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Əli Əsədov Lukaşenko ilə görüşdə iştirak edib

...

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib.

"Şərq qapısı" xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.

Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.

Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.

Nəşr edilib : 30.09.2025 14:17