Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da ...
14:41 18.04.2026
0
0
0
Bizim region onilliklər boyu münaqişələr, bağlı sərhədlər və parçalanma ilə yadda qalıb. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qonşu Ermənistanla faktiki sülh şəraitində yaşayırıq və bu, yeni imkanlar yaradır. “Şərq qapısı” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov V Antalya Diplomatiya Forumu çərçivəsində “Bağlantıda yeni imkanlar” mövzusunda keçirilən panel iclasda çıxışı zamanl bildirib. O deyib: “Bu imkanlar Ermənistan və Azərbaycanla yanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı asılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və asılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl “qazan-qazan” vəziyyətidir”.
Digər xəbərlər