NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

ƏƏSMN-in süni intellekt layihələri “GovMesh Horizons” beynəlxalq hesabatında yer alıb

...

Sinqapurun “GovInsider” təşkilatının “GovMesh Horizons” hesabatında ölkələrdə rəqəmsal transformasiya sahəsində ötən il əldə olunmuş yeni əhəmiyyətli təcrübələr qeyd edilir. Hesabatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sosial sahədə rəqəmsallaşma istiqamətində təcrübəsi, o cümlədən tətbiq etdiyi süni intellekt layihələri barədə də məlumat verilir.

"Şərq qapısı" xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "e-sosial" portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsasında tətbiq olunan “iDost” rəqəmsal köməkçi xidməti, habelə əlillik təyinatı üzrə e-sistemdəki süni intellekt əsaslı alqoritmlər diqqətə çatdırılır.

Hesabatda Azərbaycanla yanaşı, İndoneziya, İslandiya, Yaponiya, Litva, Niderland, Koreya və başqa ölkələr daxil olmaqla ümumilikdə 11 ölkənin uğurları işıqlandırılır.

Qeyd edək ki, “GovMesh” təşəbbüsü rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi aparmaq, mövcud çağırışları müzakirə etmək və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması məqsədi daşıyır.

Nəşr edilib : 23.01.2026 16:56