NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirib.
"Şərq qapısı" xəbər verir ki, imtahanın keçirilməsi üçün 5 bina ayrılıb.
İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Aprelin 6-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Nəşr edilib : 05.04.2026 15:22