NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Dövlət qurumları üçün SMM təlimi uğurla başa çatıb

...

Dövlət qurumlarının rəqəmsal kommunikasiya bacarıqlarının inkişafı istiqamətində daha bir mühüm addım atılıb. Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dövlət qurumları üçün SMM” təlimi oktyabrın 30-da öz işini uğurla yekunlaşdırıb.
Təlimdə Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərində çalışan 41 əməkdaş iştirak edib. 8 saatlıq intensiv proqram çərçivəsində iştirakçılar sosial media idarəçiliyi, kontent strategiyası, vizual kommunikasiya və analitika kimi mövzularda bilik və bacarıqlarını artırıblar.
Təlimin son günündə süni zəka alətlərinin sosial platformalarda tətbiqi və prompt mühəndisliyinin effektiv istifadəsi üzrə praktiki sessiyalar keçirilib. İştirakçılar, həmçinin yekun sertifikasiya imtahanında iştirak ediblər. İmtahanı müvəffəqiyyətlə tamamlayan iştirakçılara Naxçıvan Təlim Mərkəzi tərəfindən uğur sertifikatları təqdim olunacaq.
Onu da diqqətinə çatdıraq ki, təlim peşəkar sosial media mütəxəssisi Aslan Səfərov tərəfindən aparılıb. O, təlim müddətində nəzəri biliklərlə yanaşı, real nümunələr əsasında sosial şəbəkələrdə effektiv kommunikasiya qurmağın əsas prinsiplərini bölüşüb.

Naxçıvan Təlim Mərkəzi gələcəkdə də dövlət sektorunda çalışan əməkdaşların rəqəmsal kompetensiyalarının artırılması istiqamətində innovativ təlim layihələrini davam etdirməyi planlaşdırır.

Nəşr edilib : 31.10.2025 10:24