150 yaşlı maarifçilik, azad söz, müstəqil mətbuat ...
23:57 02.05.2025
0
0
0
NAXÇIVAN :
03 May 2025, Şənbə
Naxçıvan Təlim Mərkəzində “İnsan resursları və kadr potensialının təkmilləşdirilməsi” və “Əmək və məşğulluq alt sistemindən (ƏMAS) düzgün istifadə qaydaları” mövzularında keçirilən təlimlər uğurla başa çatıb. Təlimlər Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarının kadr işləri üzrə məsul şəxslərinin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil olunub.
18-19 fevral tarixlərdə keçirilən “İnsan resursları və kadr potensialının təkmilləşdirilməsi” təlimində iştirakçılar Kənd Təsərrüfatı Nazirliyi, Turizm Departamenti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Qida Təhlükəzsizliyi Agentliyi və Dövlət Arxiv İdarəsi kimi qurumların nümayəndələri olmuşlar. Təlimdə kadr potensialının inkişafı, insan resursları idarəetməsinin müasir metodları və bu sahədəki yeniliklər müzakirə edilib.
20 fevral tarixdə isə eyni qurumların kadr məsul şəxsləri üçün “Əmək və məşğulluq alt sistemindən düzgün istifadə qaydaları” mövzusunda birgünlük intensiv təlim keçirilib. Bu təlimdə iştirakçılara ƏMAS-ın effektiv istifadəsi, sistemin funksionallığı və dövlət qurumlarında əmək məlumatlarının düzgün idarə olunması barədə ətraflı məlumat verilib.
Təlimləri insan resursları üzrə mütəxəssis Vüsalə Yusifova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Aqşin Kamilli və Əmək Müfəttişliyinin əməkdaşı Güllü Sadiqli idarə ediblər. Təlimçilər interaktiv metodlar və praktiki nümunələr vasitəsilə iştirakçılara mövzuları dərindən mənimsəməyə çalışıblar. Tədbirin sonunda iştirakçıların rəyləri gələcək təlim proqramlarının təkmilləşdirilməsi üçün toplanılıb. Əlavə olaraq, təlimin iştirakçılardan alınan rəylər əsasında gələcəkdə daha əhatəli və uzunmüddətli proqram kimi hazırlanması planlaşdırılır.
Naxçıvan Təlim Mərkəzi bu cür tədbirlərlə dövlət qulluqçularının peşəkar səviyyəsini yüksəltməyə və regionda insan resurslarının idarə edilməsini müasir çağırışlara cavab vermək istiqamətində keçirilən təlimlərlə davam etdirirlər.
Digər xəbərlər