NAXÇIVAN :

03 May 2026, Bazar

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

...

Martın 16-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

"Şərq qapısı" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Nəşr edilib : 16.03.2026 18:03