NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

...

Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə “Şərq qapısı” -na Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Nəşr edilib : 13.09.2025 10:40