Maarifləndirici tədbir keçirilib
23:43 23.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, Şərur və Kəngərli rayonlarında fəaliyyət göstərən 48 dönərxanada dövlət nəzarəti tədbirləri həyata keçirilib.
"Şərq qapısı" xəbər verir ki, aparılmış nəzarət tədbirləri zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, dönərxanalardan bəzilərinin qeydiyyatının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb olunmadığı, gigiyenik qaydalara əməl edilmədiyi, temperatur rejiminə, mal qonşuluğu prinsipinə riayət olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı müəyyən edilib. Şübhəli məhsullar hesab edilən bişmiş dönər, mayonez və digər souslardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Nöqsanların daha çox müşahidə olunduğu Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus “Alov” dönərxana və Naxçıvan Avtovağzal Kompleksinin ərazisində yerləşən Əhmədov Gülçin Eldar oğluna məxsus dönərxananın fəaliyyəti çatışmazlıqlar aradan qaldırılanadək dayandırılıb.
Nəzarət tədbirləri muxtar respublikanın digər rayon və şəhərləri də daxil olmaqla daha intensiv şəkildə aparılacaqdır.
Digər xəbərlər