Rusiya Federasiyasının Prezidenti Vladimir Putində...
16:30 03.05.2025
0
0
0
NAXÇIVAN :
03 May 2025, Şənbə
Naxçıvan Muxtar Respublikası ərazisinin bitki örtüyü çox zəngindir. Bitkilər qida məhsullarının, dərman preparatlarının və bir sıra faydalı, əvəzolunmaz təbii birləşmələrin mənbəyi kimi çox qədim zamanlardan bəri müxtəlif məqsədlər üçün geniş şəkildə istifadə edilmişdir.
Belə bitkilərdən biri olan qantəpər respublikamızın, əsasən, dağlıq və çəmənliklərində yayılmışdır. Bitki doqquzdonkimilər fəsiləsinin, qantəpər cinsinə aiddir. Növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir. Respublikamızda ən geniş yayılanı Naxçıvan qantəpəridir. Əsasən, Culfa və Şahbuz rayonlarının ərazisində yayılmışdır. Çiçəklənməsi iyul, avqust, sentyabr aylarında olur. Balverən bitki kimi arıçılıqda da əhəmiyyətli hesab edilir. Bitkinin çiçək və köklərindən xalq təbabətində geniş istifadə olunur. Həmçinin çiçəklərindən dəmləmə şəklində soyuqdəymədə, ürək-damar xəstəliklərində, böyrək-sidik yolu problemlərində, daxili qanaxmalarda istifadə olunur.
Qantəpər, həmçinin antioksidant kimi sərbəst radikalların zərərli təsirinə qarşı, iltihab əleyhinə dəri və göz iltihablarında, sakitləşdirici olaraq stresin aradan qaldırılmasında, həzm sisteminə dəstək kimi də iştahaartırıcı funksiyaya malikdir. Dəriyə qulluq vasitəsi olaraq istifadə etmək üçün çiçəyinin suyu sıxılır, xüsusilə təbii losyon kimi göz qapaqlarına sürtülərək göz yorğunluğunu aradan qaldırır.
Turan MƏMMƏDLİ
biologiya üzrə fəlsəfə doktoru
Digər xəbərlər