NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Culfada dəhşətli qəza, 4 nəfər vəfat edib

...

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Şərq qapısı" xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, qəzada həlak olanların dördü də polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.
Yol qəzası ilə bağlı cinayət işi başlanılıb, faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Nəşr edilib : 12.09.2025 11:49