NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Culfa rayonunun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

...

Culfa Rayon Mədəniyyət Sarayında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa rayonunun yaradılmasının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, tədbirə rayonun idarə və müəssisələrinin rəhbər heyəti, əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək bildirib: ”Bu gün bizim üçün çox əlamətdar bir gündür. Culfa rayonunun yaradılmasının 95 illiyini qeyd edirik. Bu yubiley təkcə bir tarix deyil, bütöv bir yolun, zəhmət və zəfərlərin, inkişafın, eyni zamanda həmrəyliyin və milli dəyərlərə sadiqliyin təntənəsidir”.
Yubiley tədbirində rayonda müxtəlif sahələrdə fərqlənən bir sıra şəxslər və kollektivlər plaketlərlə təltif edilib. 
Sonra bədii hissə olub.

Nəşr edilib : 08.08.2025 16:11