Ali təhsil müəssisələrinə qəbul imtahanında iştira...
09:49 01.05.2025
0
0
2
Çinin Çinxay əyalətində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
"Şərq qapısı" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 1,67 milyon əhalisi olan Sinin şəhərindən 433 km cənub-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Nepalla sərhədə yaxın olan Tibet Muxtar Vilayətinin Tinqri dairəsində 6,8 maqnitudalı zəlzələ baş verib. Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb.
Digər xəbərlər