NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb

...

Mayın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.

Nəşr edilib : 05.05.2025 10:41