Naxçıvan məktəblisi Tunisdə keçiriləcək Kibertəhlü...
12:10 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Çinlə bərəbərhüquqlu əməkdaşlığın qurulması, münasibətlərin strateji səviyyəyə yüksəlməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir göstəricisidir. Dövlətimizin başçısının strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı dövrdə orta güc dövlətinə çevrilməsini təmin edir.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Şəhla Əhmədova deyib.
Deputat qeyd edib ki, avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinxalq müqaviməti və İkinci Dünya müharibəsndə qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirak etmək məqsədilə Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfər edib: “Bu səfər Azərbaycan və Çin arasındakı münasibətlərin məzmun və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını göstərir, eləcə də Çinin bölgədə Azərbaycanın artan siyasi, iqtisadi və enerji gücündən irəli gələn maraqları ilə uzlaşan xarici siyasət vektoruna uyğun gəlir. Səfərin ilk günü dövlətimizin başçısının keçirdiyi görüşlərin məzmunu bunu tam şəkildə əks etdirir. Belə ki, ÇXR-in Sədri Si Cinpinin Prezident İlham Əliyevə “əziz dostum” ifadəsi ilə xitab etməsi iki ölkə liderləri arasında tam şəkildə etibar və etimadın olduğundan xəbər verir”.
“Bu gün Bakı artıq təkcə Cənubi Qafqazda sabitliyin təminatçısı deyil, həm də subregional əməkdaşlıq modellərinin təşəbbüskarı və həyata keçiricisidir. Bu, Azərbaycanın həm Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə, həm də Avrasiyanın nəqliyyat və enerji dəhlizlərində strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Tiencin sammiti göstərir ki, Azərbaycan çoxtərəfli əməkdaşlıq formatlarında passiv müşahidəçi mövqeyindən çıxaraq yeni ideyalar irəli sürən və onları reallığa çevirən ölkəyə çevrilir. Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. İki ölkə arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir və müxtəlif siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat-logistika sahələrini əhatə edir. Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji sahələrdə güclənib. İki ölkə başçısı arasında şəxsi dostluq münasibətləri əməkdaşlığı daha da dərinləşdirib”, - deyə Şəhla Əhmədova əlavə edib.
Digər xəbərlər