Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam ...
16:50 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Mən fikirlərimə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik bir fikri ilə başlamaq istəyirəm: “Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu əbədi olacaq.” Və həmçinin cənab prezident həmişə çıxışlarında bildirir ki, Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub.
44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbə Azərbaycanın həm siyasi, həm də hərbi tarixində dönüş nöqtəsi oldu. Bu zəfərdən sonra Azərbaycan regionda yeni reallıqlar yaratmağa, öz suverenliyini tam bərpa etməyə və iqtisadi, siyasi nüfuzunu artırmağa davam etdi. Prezident İlham Əliyevin apardığı diplomtik xətt nəticəsində Azərbaycan artıq regionda sülhün təşəbbüskarı kimi çıxış edir.
Vaşinqtonda keçirilən görüş Azərbaycanın diplomatiya tarixində parlaq bir səhifə açır. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan prinsipial mövqeyi və güzəştə yer verməyən qətiyyəti nəticəsində rəsmi Ermənistan Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərə konstruktiv yanaşma sərgiləyir. Bu görüş Cənubi Qafqaz üçün tarixi bir gündür. Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzalanan birgə bəyannamə Azərbaycan və Ermənistan arasında tarixi münaqişəyə son qoymaqla yanaşı, regionda yeni təhlükəsizlik arxitekturası inşa edəcək. Bu isə regionda sülh və sabitliyin, qarşılıqlı əməkdaşlığın əsas qarantoruna çevriləcək. Bu görüşdə ABŞ senatı tərəfindən Azərbaycan Respublikasına qarşı sərgilənən “Azadlığı müdafiə aktı”na 907 saylı düzəlişin Donald Tramp tərəfindən ləğvi Azərbaycan siyasətinin böyük təntənəsidir. Bu isə ölkə prezidentinin uzaqgörən siyasətinin qalibiyyəti idi. Cənab İlham Əliyevin dediyi kimi “Bu ədalətsiz düzəlişin məhz mənim iştirakım ilə ləğv edilməsi çox simvolik xarakter daşıyır.” 33 ildir Azərbaycana qarşı olan bu ədalətsiz siyasətə bu gün cənab İlham Əliyev tərəfindən son qoyuldu. Həmçinin bəyannamədə Azərbaycan tərəfinin təkidlə israr etdiyi ATƏT-in Minsk Qrupunun ləğvi ilə əlaqədar hər iki ölkə tərəfindən ATƏT-ə müraciət də öz həllini tapdı. Xüsusi ilə birgə bəyanatda biz naxçıvanlıların da uzun müddətdir gözlədiyi Zəngəzur dəhlizinin açılmasının yer alması Azərbaycan xalqında qürur hissi yaradır.
Zəngəzur dəhlizi Azərbaycanın bir parçası olan Naxçıvanla daha təhlükəsiz və fasiləsiz əlaqəni təmin etməklə yanaşı, həmçinin Türkiyənin də Mərkəzi Asiyanın Türk Cümhuriyyətləri ilə quru əlaqəsini təmin etmiş olacaq. Bu isə iqtisadi fayda ilə yanaşı, yaxın gələcəkdə Türk Cümhuriyyətləri arasında əlaqələri və inteqrasiya imkanlarını genişləndirəcək, Avropa və Asiya arasında geosiyasi layihə kimi “Turan birliyinin” rolunu artıracaq. Həmçinin bu görüşdə ABŞ ilə Azərbaycan arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Memorandum Azərbaycan Respublikası və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə strateji işçi qrupunun yaradılmasını nəzərdə tutur. Bununla yanaşı ABŞ-nin Azərbaycan və Ermənistanla ayrılıqda qarşılıqlı öhdəlikləri müəyyən edən əməkdaşlıq memorandumu imzalanması da olduqca mühüm təşəbbüsdür ki, bu da ikitərəfli əlaqələrin dərinləşməsinə zəmin yaradacaq. Ağ evin sözçüsü Anna Kelli bildirib ki, həm Azərbaycan, həm də Ermənistan liderləri ilə enerji, texnalogiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrasturktur və ticarət sahələrində razılaşmalar imzalanıb.
Bu görüş təkcə region üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcıdır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin edən bu proses Müzəffər Ali Baş komandanın apardığı məqsədyönlü siyasətin və xalq-iqtidar birliyinin nəticəsidir.
Məmməd Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər