Naxçıvanda moped piyadanı vurub
18:13 22.04.2026
0
0
0
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyasının əməkdaşlarının “Polimer daşıyıcılar üzərində immobilizə olunmuş heterogenləşdirilmiş nanokatalizatorların dizaynı və optimallaşdırılması üçün hesablama strategiyaları” adlı məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan “Journal of Computational Chemistry” nəşrində dərc olunub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə institutdan məlumat verilib.
Məqalə polimer daşıyıcılar üzərində immobilizə olunmuş heterogen nanokatalizatorların dizaynı və optimallaşdırılması üçün müasir hesablama yanaşmalarına həsr edilib. Məqalədə molekulyar modelləşdirmə, kvant-kimyəvi hesablamalar və simulyasiya metodlarının katalitik sistemlərin quruluş–xassə əlaqələrinin müəyyən edilməsində rolu geniş şəkildə təhlil edilib. Bununla yanaşı, müxtəlif hesablama yanaşmalarının katalizatorların aktivliyinin, selektivliyinin və stabilliyinin proqnozlaşdırılmasında tətbiqi göstərilib.
“Wiley” nəşriyyatına məxsus olan, “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda indeksləşən, impakt faktoru 4.8 olan bu jurnal Q1 kateqoriyalı yüksək reytinqli nəşrlərdən biri olub, hesablama metodlarının kimyəvi sistemlərin öyrənilməsində tətbiqinə həsr edilmiş tədqiqatların dərcinə fokuslanır.
Digər xəbərlər