Zəngəzur və İrəvanın Ermənistana verilməsini pislə...
14:32 08.05.2025
0
0
0
Mayın 7-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində büdcə proqnozu və “Büdcə Məlumat İdarəetmə Sistemi”nin (BMİS) tətbiqi ilə bağlı təlim keçirilib.
Təlimdə nazirlik aparatının aidiyyəti üzrə struktur bölmə əməkdaşları, muxtar respublikada fəaliyyət göstərən büdcədən maliyyələşən qurumların mühasibatlıq sahəsində çalışan əməkdaşları iştirak edib. Təlimin əsas məqsədi büdcə təşkilatlarının 2026-cı il və sonrakı üç il üçün büdcə proqnozunun qanunvericiliyə uyğun şəkildə hazırlanması və həmin məlumatların BMİS-ə daxil edilməsi qaydalarının izah olunması olub.
Maliyyə Nazirliyi Aparatının aidiyyəti üzrə şöbə müdirləri çıxış edərək sistemin tətbiqi ilə bağlı vacib məqamları diqqətə çatdırıblar və sonda proqnoz sənədlərinin hazırlanması praktiki formada nümayiş etdirilib, iştirakçıların sualları ətraflı cavablandırılıb.
Digər xəbərlər