Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərg...
00:05 05.05.2026
0
0
0
NAXÇIVAN :
05 May 2026, Çərşənbə axşamı
"Şərq qapısı" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Naxçıvandakı Heydər Əliyev adına tam orta məktəbdə təşkil olunan "Son zəng" tədbirində jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Heydər Əliyev adına məktəbin məzunları olmağın böyük rəmzi mənası var: "Bu gün, həqiqətən, bütün ölkə üçün təhsil bayramıdır. Bu gün biz Azərbaycan vətəndaşlarını artıq müstəqil həyata hazırlayıb yola salırıq. Onlara uğurlar arzu edirik. Bizim üçün də xüsusilə qürurverici gündür ki, bu bayram həm də azad olan Qarabağda qeyd olunur. Bu gün Xankəndi məktəbində, Cəbrayıl məktəbində, Şuşa məktəbində, Xocalı məktəbində məzunlarımız var və həmin günləri görmək bizə qismət olub. Biz özümüzü xoşbəxt nəsil hesab edə bilərik. Buna sevinməkdə, həqiqətən də, bizim haqqımız var və mən bu münasibətlə bütün müəllimləri, valideynləri, pedaqoji kollektivi, təhsil işçilərini təbrik edir, onlara uğurlar arzu edirəm".
"Bu gün 4 məktəbdə məzun tədbiri keçirilir. Düşünürəm ki, biz gələcəkdə daha çox sayda gəncimizi orada təbrik edə biləcəyik. Baxın, torpaqlarımızın azad olunmasından cəmi 5 il sonra artıq həmin ərazilərdə məktəb infrastrukturunun mövcudluğu, Azərbaycanın milli təhsil standartlarının və proqramlarının tətbiq olunması, eyni zamanda ilk məzunların olması və qeyd edilməsi bizim üçün xüsusi rəmzi məna daşıyır. Biz buna böyük sevinc və qürur hissi ilə yanaşırıq. Əminəm ki, həmkarlarım da bu gün həmin şagirdlərlə, həmin kollektivlə birlikdə bu əlamətdar günü qeyd edirlər", – deyə nazir müavini qeyd edib.
Digər xəbərlər