NAXÇIVAN :

03 May 2026, Bazar

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək

...

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
"Şərq qapısı" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Sumqayıt" saat 16:00-da Yevlaxda "Kəpəz"in qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
"Kimyaçılar" 38 xalla yeddinci, Gəncə klubu isə 21 xalla onuncudur.
"Araz-Naxçıvan" isə saat 18:30-da "İmişli"ni Sumqayıtda sınağa çəkəcək.
Naxçıvan təmsilçisi 40 xalla altıncı, qonaqlar 29 xalla doqquzuncudur.
Tura mayın 4-də yekun vurulacaq.

Nəşr edilib : 02.05.2026 11:27