Sədərək rayonunda yol-nəqliyyat hadisəsi baş verib...
00:09 05.05.2025
0
0
0
NAXÇIVAN :
05 May 2025, Bazar ertəsi
Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə 2020-ci ildə Naxçıvan şəhərində ümumi sahəsi 20,6 hektar olan ucu-bucağı görünməyən bir “Sahil Parkı” salınmış və istifadəyə verilmişdir.
Bu 4 ildə şəhərin qonaqları və sakinləri istər öz asudə vaxtları üçün, istərsə də gəzinti məqsədilə bu parkdan istifadə edirlər. Mən tez-tez bu parka gedirəm. Son günlərdəki gəzinti zamanı gördüyüm xoşagəlməz mənzərələr bu yazını qələmə almağa səbəb oldu.
Məlumdur ki, parkın salınmasında neçə-neçə insanın əməyi var və külli miqdarda dövlət vəsaiti xərclənib. Ancaq bu parkdan istifadə etdiyimiz qədər də biz bir vətəndaş olaraq öz parkımızın gözəlliyini qoruya bilirikmi?
Parkda şüşələri sındırılmış işıq dirəklərini, taxtaları sökülmüş oturacaqları, zədələnmiş heykəlləri, dağıdılmış idman ələtlərini gördüyümüz zaman belə qənaətə gəlmək olar ki, biz bu gözəllikləri nəinki qoruyur əksinə onları məhv edirik.
Bəli, biz insanlar məhv edirik. Axı yuxarıda qeyd etdiyim kimi, bu şərait bizim üçün qurulub. Belə çıxır ki, park istifadəyə verilən zaman bu gözəl istirahət məkanını bizdən qorumaq üçün də dövlət tərəfindən xüsusi mühafizə sistemi qurulmalı idi?
Bu gün parkda gəzərkən rastlaşdığım belə görüntülər hamını düşündürməlidir.
Bildiyiniz kimi, erməni vandalları işğal müddətində Azərbaycan ərazilərindəki yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edərək Ermənistana daşıyıblar. Abidlərimizi, bütün yaşayış məkanları məhv etmişlər.
Bəs bu parkı kimlər məhv edirlər? Erməni vandalları?! Xeyir, özümüz öz əllərimizlə məhv edirik gözəlliklərimizi!
Axı biz niyə özümüz özümüzə bu qədər qənim kəsilmişik? Parkı belə vəziyyətə salanlar öz evlərində olan şəraiti də məhv edərmi görəsən? Xeyir, şəxsi malına heç kim imkan verməz ki, ona zərrə qədər də zərər toxunsun.
Məgər Naxçıvan bizim öz evimiz evi deyilmi?! Məgər Naxçıvana gələn qonaqlar bizim qonaqlarımız deyilmi?!
Şəxsən mən ictimaiyyət içində tərbiyəsizlik və mənfi davranışlar edən gənc və yeniyetmələri dəfələrlə yolda saxlayıb fərdi söhbət aparmışam. “Qırmayın, dağıtmayın”, – deyə onlara öyüd-nəsihət verməyə çalışmışam.
Bilirəm, bu tərbiyə üsulu 2-3 nəfərlə nəticə verməz. Əgər parkı məhv edənlərə öz iradımızı bildirməsək, onlar qədər də bu işdə biz də məsuliyyət daşıyırıq.
Adama sual verərələr ki, parkı belə vəziyyətə salanların vicdanı yoxdur, bəs görüb susanların vicdanı harada qaldı?
Bilirəm, bu məqalə ilə mən dünyanı düzəldə bilməyəcəm, ancaq bəlkə də, 2-3 nəfərin yatmış vicdanını oyadaram – deyə düşünüb bu məqaləni yazdım. Bu gün parkda çəkdiyim şəkilləri sizlərlə də paylaşıb və son sözü sizin öz vicdanınızın səsinə buraxıram. Bunu düşmanmı edib?!
İlkin Qaziyev
Naxçıvan şəhər sakini
Digər xəbərlər