NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bu dəfə onlar palıd qozalarını rəngləyərək maraqlı kompozisiya hazırlayıblar

...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin “Rəsm terapiyası”nın bölməsində benefisiarlar üçün ustad dərsi keçirilib. Təlimçi-rəssam Nigar Mustafayevanın rəhbərliyi ilə iştirakçılar palıd qozalarını rəngləyərək maraqlı kompozisiya hazırlayıblar. Tədbirdə, ümumilikdə, 16 benefisiar iştirak edib. Tədbir iştirakçıları ilə görüşüb həmsöhbət olduq. Hərəkət qabiliyyəti məhdud olan 26 yaşlı gənc Pərvin Bayramova deyir ki, artıq 6 aydır, Regional İnformasiya Mərkəzinin “Rəsm terapiyası”nın imkanlarından yararlanır. Burada özünü xoşbəxt hiss edir, kətan üzərində maraqlı əsərlər yaratmağa çalışır. Mərkəzə gəlməyə başladıqdan sonra sosiallaşaraq yeni dostlar qazanıb və bu mühit onun daxili aləmini daha da zənginləşdirib. O öz inkişafı üçün daim çalışır və bu gün keçirilən master-klasda iştirak edərək uşaqlarla birlikdə əyləncəli anlar yaşayıb. Öyrənirik ki, Pərvin əvvəllər müəyyən hərəkət çətinlikləri yaşasa da, burada keçirdiyi vaxt onun bərpasına da müsbət təsir göstərib. Ona ən böyük dəstəyi isə Naxçıvan Regional İnformasiya Mərkəzi həyata keçirir. Burada uşaqlara böyük sevgi və qayğı ilə yanaşılır, onların sağlamlığının, sosial müdafiəsinin yüksək səviyyədə təşkilinə hərtərəfli şərait yaradılır, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.

Bülbül Rövşənqızı

Nəşr edilib : 19.11.2025 15:20