NAXÇIVAN :

03 May 2026, Bazar

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Jelko Komşiçə

...

Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. Daim artan siyasi təmaslarımız və fəal dialoqumuz bir sıra sahələrdə səmərəli qarşılıqlı fəaliyyətimiz ilə müşayiət olunur.

Əminəm ki, xalqlarımızın dostluğundan qaynaqlanan Azərbaycan-Bosniya və Herseqovina münasibətləri bundan sonra da birgə səylərimizlə inkişaf etməyə, əməkdaşlığımız möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2025-ci il

Nəşr edilib : 25.11.2025 11:31