Sədərək rayonunda yol-nəqliyyat hadisəsi baş verib...
00:09 05.05.2025
0
0
0
Ümummmilli Lider Heydər Əliyevin anım günü münasibətilə Babək Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun idarə və müəssisələrin əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət edib.
Ziyarət zamanı dahi şəxsiyyətin adını daşıyan muzeyin yaradılması, Ulu Öndərin dövlət idarəçiliyindəki misilsiz xidmətləri, zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.
Vurğulanıb ki, Ümummilli Liderin Azərbaycanın gələcək inkişafı naminə müəyyənləşdirdiyi siyasət bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ekskursiya zamanı muzeyin bələdçisi Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinin əks olunduğu eksponatlar haqqında geniş məlumat verib. Bildirilib ki, Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzeydə dahi şəxsiyyət Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb.
Digər xəbərlər