NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Azərbaycanlı alimlərin adları Stenford Universitetinin reytinq siyahısına daxil edilib

...

Stenford Universitetinin yüksək reytinq siyahısında biologiya və tibb elmləri sahəsində fəaliyyət göstərən azərbaycanlı alimlərin də adları yer alıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Sıyahıya Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq laboratoriyalarının rəhbərləri – Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyev və professor Qərib Mürşüdovun adları daxil edilib. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun beynəlxalq laboratoriyasının müdiri Asəf Salamov, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru tibb elmləri doktoru, professor Adil Allahverdiyev və Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilovun da adları bu siyahıda yer alıb.

Nəşr edilib : 21.01.2026 17:43