NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı olub

...

Oktyabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
"Şərq qapısı" xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional təhlükəsizlik, xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib.

Nəşr edilib : 11.10.2025 16:36