NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib

...

Dekabrın 8-də Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Mütəllim Mirzəyev etimadnaməsinin surətini Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Əbdülməcid bin Rəşid Əl-Səmariyə təqdim edib.

"Şərq qapısı" xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin daha da möhkəmləndirilməsi, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Səudiyyə rəsmisi səfir Mütəllim Mirzəyevi öz vəzifələrinin icrasına başlaması münasibətilə təbrik edib və ikitərəfli əlaqələrin inkişafı istiqamətində sıx əməkdaşlığa hazır olduqlarını ifadə edib.

Nəşr edilib : 09.12.2025 13:29