NAXÇIVAN :

03 May 2025, Şənbə

Azərbaycan səfiri Türkiyənin XİN başçısının müavini ilə regional gündəmi müzakirə edib

...

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin xarici işlər nazirinin müavini Levent Gümrükçü ilə regional gündəmi müzakirə edib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirinin müavini Levent Gümrükçüyə nəzakət ziyarəti edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Görüşdə Azərbaycan – Türkiyə münasibətləri, əməkdaşlıq imkanları və regional gündəm məsələlərinin müzakirə olunduğu diqqətə çatdırılıb.

Nəşr edilib : 02.05.2025 21:25