Azərbaycan və BƏƏ qarşılıqlı investisiyaların artı...
11:59 03.05.2025
0
0
0
May ayının 2-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayon Yarımca kəndində şagird, valideyn və məktəb psixoloqlarının iştirakı ilə “Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Qürbət Kərimov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova, Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Gülşən Həsənli və Yarımca kənd tam orta məktəbinin müəllimi Günel Mustafayeva çıxış edərək mövzunun əhəmiyyətindən bəhs ediblər. Qeyd ediblər ki, bu cür maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsinin əsas məqsədi valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işinin gücləndirilməsi və daha səmərəli təşkil edilməsidir. Ailədən sonra tərbiyə məktəbdə davam edir. Uşağın tanış olduğu ikinci vacib və əhəmiyyətli ictimai mühit məktəbdir. Müəllimlər və sinif yoldaşları onun ailə üzvlərindən sonra ən çox ünsiyyətdə olduqları şəxslərdir. Müəllimlərlə valideynlər həmrəy olmağı bacarmalı, müəllimlər şagirdlərinin ailə mühitinə, valideynlər isə məktəb atmosferinə yaxından bələd olmalıdırlar.
Tədbir diskussiya şəklində davam edib.
Digər xəbərlər