Maarifləndirici tədbir keçirilib
21:09 01.05.2025
0
0
0
NAXÇIVAN :
01 May 2025, Cümə axşamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440 (Cild I); 2024, № 5 (I kitab), maddə 526) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.9-cu bənd üzrə:
1.1.1. 1.9.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.9.3. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;”;
1.1.2. aşağıdakı məzmunda 1.9.9-7-ci yarımbənd əlavə edilsin:
“1.9.9-7. Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi;”;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1.1–2.1.8-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1.1. inzibati vəzifələrin ali təsnifatı:
2.1.1.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;
2.1.1.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi;
2.1.1.3. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi;
2.1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri;
2.1.1.5. Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri;
2.1.1.6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi aparatlarının rəhbərləri;
2.1.2. inzibati vəzifələrin birinci təsnifatı:
2.1.2.1. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;
2.1.2.2. Azərbaycan Respublikası Prezidentinin köməkçisi;
2.1.2.3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;
2.1.2.4. Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi;
2.1.2.5. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi;
2.1.2.6. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi;
2.1.2.7. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi;
2.1.2.8. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;
2.1.2.9. Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi;
2.1.2.10. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini;
2.1.2.11. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi;
2.1.2.12. Azərbaycan Respublikası vitse-prezidentinin köməkçisi;
2.1.2.13. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin birinci müavinləri və müavinləri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini;
2.1.2.14. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini;
2.1.2.15. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin birinci müavini və müavini;
2.1.2.16. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini;
2.1.2.17. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;
2.1.2.18. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini;
2.1.2.19. Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi;
2.1.2.20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə müdiri;
2.1.2.21. Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri;
2.1.2.22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri;
2.1.2.23. Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin müavini;
2.1.2.24. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə müdiri;
2.1.2.25. Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri;
2.1.2.26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi aparatları rəhbərlərinin müavinləri;
2.1.2.27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında şöbə müdiri;
2.1.2.28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin işlər müdirləri;
2.1.2.29. Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) aparatlarının rəhbərləri;
2.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:
2.1.3.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin köməkçisi;
2.1.3.2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində şöbə müdirləri və onların müavinləri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində şöbə müdiri;
2.1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə müdirinin müavini;
2.1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidməti rəhbərinin müavini;
2.1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər müdirinin müavini;
2.1.3.6. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə müdirinin müavini;
2.1.3.7. Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdirinin müavini;
2.1.3.8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi aparatlarında şöbə müdirinin müavini;
2.1.3.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi işlər müdirlərinin müavinləri;
2.1.3.10. Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) aparatları rəhbərlərinin müavinləri və həmin orqanların aparatlarında şöbə müdirləri;
2.1.3.11. Azərbaycan Respublikası Baş nazirinin müşaviri, köməkçisi;
2.1.3.12. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müşaviri, köməkçisi;
2.1.3.13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrlərinin müşavirləri, köməkçiləri;
2.1.3.14. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) aparatlarının rəhbərləri;
2.1.3.15. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müşaviri, köməkçisi;
2.1.3.16. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəhbərləri;
2.1.3.17. Azərbaycan Respublikasının xarici ölkədə ticarət nümayəndəsi;
2.1.3.18. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və müavini;
2.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:
2.1.4.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.4.2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.4.3. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.4.4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikası Prezidenti İşlər müdirinin və Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin köməkçiləri;
2.1.4.5. Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.4.6. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatın rəhbəri, onun müavini, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsində və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.4.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.4.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdirinin köməkçisi;
2.1.4.9. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı rəhbərinin köməkçisi;
2.1.4.10. Azərbaycan Respublikası Baş naziri müavininin köməkçisi;
2.1.4.11. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.4.12. Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin köməkçisi;
2.1.4.13. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin köməkçisi;
2.1.4.14. Azərbaycan Respublikası Milli Məclisi İşlər müdirinin köməkçisi;
2.1.4.15. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində şöbə müdiri və şöbə müdirinin müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.4.16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;
2.1.4.17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin köməkçisi;
2.1.4.18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri və şöbə müdirinin müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.4.19. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) aparatlarında, Azərbaycan Respublikasının Baş Prokurorluğunda şöbə müdirinin müavini;
2.1.4.20. Azərbaycan Respublikası apellyasiya məhkəmələri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar, Azərbaycan Respublikası Audiovizual Şurası aparatlarının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin rəhbərləri və onların müavinləri;
2.1.4.21. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi;
2.1.4.22. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri;
2.1.4.23. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) aparatları rəhbərlərinin müavinləri və onların aparatlarında şöbə müdirləri, Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda şöbə müdiri;
2.1.4.24. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəhbərlərinin müavinləri;
2.1.4.25. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri (bu Təsnifat Toplusunun 2.1.3.16-cı abzası nəzərə alınmaqla);
2.1.4.26. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşavirləri, köməkçiləri;
2.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:
2.1.5.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, Azərbaycan Respublikasının Baş Prokurorluğunda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.5.2. Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Azərbaycan Respublikası Audiovizual Şurasının aparatlarında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyində şöbə müdirləri və onların müavinləri;
2.1.5.3. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda şöbə müdiri;
2.1.5.4. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi rəhbərinin müavini;
2.1.5.5. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri (bu Təsnifat Toplusunun 2.1.4.24-cü abzası nəzərə alınmaqla);
2.1.5.6. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri aparatlarının rəhbərləri və onların müavinləri;
2.1.5.7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında şöbə müdirlərinin müavinləri;
2.1.5.8. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların rəhbərlərinin müşavirləri, köməkçiləri;
2.1.5.9. Bakı Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi və müşaviri;
2.1.5.10. Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin köməkçisi;
2.1.5.11. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşaviri, köməkçisi;
2.1.5.12. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzinin rəhbəri və onun müavini;
2.1.5.13. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının birinci müavini və müavini;
2.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:
2.1.6.1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;
2.1.6.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Azərbaycan Respublikası Audiovizual Şurasının aparatlarında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyində, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.6.3. Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;
2.1.6.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) köməkçiləri;
2.1.6.5. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müşavirləri, köməkçiləri;
2.1.6.6. Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;
2.1.6.7. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin aparatlarında şöbə müdiri və onun müavini, Bakı Şəhər Prokurorluğunda şöbə müdiri;
2.1.6.8. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin rəhbərləri və onların müavinləri;
2.1.6.9. Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin köməkçiləri;
2.1.6.10. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri;
2.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:
2.1.7.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatlarında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.7.2. ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi, Bakı Şəhər Prokurorluğunda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.7.3. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.7.4. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavini;
2.1.7.5. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərlərinin müavinləri;
2.1.7.6. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinləri;
2.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:
2.1.8.1. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda, rayon (şəhər) prokurorluqlarında və hərbi prokurorluqlarında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin aparatlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlarda, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
2.1.8.2. rayon (şəhər) məhkəmələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;
2.1.8.3. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının köməkçisi;
2.1.8.4. yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri, onların müavinləri və həmin orqanlarda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri və sahə inzibati ərazi dairələri nümayəndələri, onların müavinləri və baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”;
1.2.2. 2.3.3-cü yarımbəndin 1-ci abzasından “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının” sözləri çıxarılsın;
1.2.3. 2.3-1-ci bənddə “2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı və 2.3.3-cü yarımbəndlərində” sözləri “2.1.4.20-ci, 2.1.5.2-ci, 2.1.5.8-ci, 2.1.6.2-ci abzaslarında və 2.3.3-cü yarımbəndində” sözləri ilə əvəz edilsin.
2. “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 mart tarixli 348 nömrəli və 19 mart tarixli 356 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 5-ci hissəsinə “Katibliyinin rəisi,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri,” sözləri, “Administrasiyasında şöbə müdirləri” sözlərindən sonra “və onların müavinləri” sözləri əlavə olunsun və həmin hissədə “nümayəndələri” sözü “tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və onun müavini, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi” sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 2-ci hissəsindən “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinləri,” və “şöbə müdirinin müavinləri,” sözləri çıxarılsın;
2.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 5-ci hissəsinə “Katibliyinin rəisi,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri,” sözləri, “şöbə müdirləri” sözlərindən sonra “və onların müavinləri” sözləri əlavə olunsun və həmin hissədə “nümayəndələri” sözü “tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və onun müavini, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 208 (Cild I); 2024, № 5 (I kitab), maddə 566) ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nın 2-ci və 3-cü hissələrinin “Rəhbər işçinin vəzifəsi” sütunu aşağıdakı redaksiyada verilsin:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, Azərbaycan Respublikası vitse-prezidentinin köməkçisi, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin, Azərbaycan Respublikası Prezidenti İşlər müdirinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin müavinləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirinin və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin birinci müavini və müavinləri, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin şöbə müdirləri |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2025-ci il
Digər xəbərlər