Naxçıvan məktəblisi ilk dəfə olaraq respublika fən...
20:12 01.05.2025
0
0
0
NAXÇIVAN :
01 May 2025, Cümə axşamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 199 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmana 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1-ci hissəsi üzrə:
1.1.1. 1.6-cı bəndə “xüsusi nümayəndəsi” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi” sözləri əlavə edilsin;
1.1.2. 1.8-ci bəndə “rəisinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini” sözləri əlavə edilsin;
1.1.3. 1.9-cu bənddən “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini,” sözləri çıxarılsın;
1.2. həmin Fərmana 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1-ci hissəsi üzrə:
1.2.1. 1.2.5-ci yarımbənddən “Azərbaycan Respublikası Milli Məclisi sədrinin müşaviri, Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi,” və “Azərbaycan Respublikası Baş nazirinin köməkçisi, Azərbaycan Respublikası Baş nazirinin müşaviri,” sözləri çıxarılsın;
1.2.2. 1.2.7-ci yarımbənddə “2425” rəqəmləri “2435” rəqəmləri ilə əvəz edilsin;
1.2.3. 1.2.8-ci yarımbənddən “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müşaviri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin köməkçisi,”, “, Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müşaviri, Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin köməkçisi” sözləri çıxarılsın və həmin yarımbənddə “2410” rəqəmləri “2425” rəqəmləri ilə əvəz edilsin;
1.2.4. 1.3.1–1.3.9-cu yarımbəndlər müvafiq olaraq 1.3.2–1.3.10-cu yarımbəndlər hesab olunsun və aşağıdakı məzmunda 1.3.1-ci yarımbənd əlavə edilsin:
1.3.1. |
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müşaviri, Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi, Azərbaycan Respublikası Baş nazirinin müşaviri |
2425 |
1.2.5. 1.3.2-ci yarımbəndə ikinci halda “rəhbərinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müşaviri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin köməkçisi, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müşaviri, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin köməkçisi” sözləri əlavə edilsin;
1.2.6. 1.3.7-ci yarımbənddən “, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin köməkçisi” sözləri çıxarılsın;
1.2.7. 1.3.10-cu yarımbəndə “yaradılan” sözündən sonra “, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən” sözləri əlavə edilsin;
1.2.8. 1.4.1-ci yarımbəndə “(ombudsmanın) müşaviri” sözlərindən sonra “, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin köməkçisi, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri (bu Əlavənin 1.3.10-cu yarımbəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
1.2.9. 1.4.24-cü yarımbəndə “yaradılan” sözündən sonra “, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən” sözləri əlavə edilsin;
1.2.10. 1.5.1-ci yarımbəndə “baş mühasib” sözlərindən sonra “, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətləri rəhbərlərinin müavinləri (bu Əlavənin 1.4.24-cü yarımbəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
2. Bu Fərmanla dövlət qulluqçuları üçün müəyyən edilən vəzifə maaşları mövcud vəzifə maaşlarından az olduğu hallarda, dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına həmin orqanlarda və həmin vəzifələrdə işlədikləri dövr ərzində, əvvəlki və sonrakı vəzifə maaşlarının və qanunvericiliklə vəzifə maaşlarına faizlə müəyyən edilən əlavələrin fərqi vəzifə maaşlarının növbəti artımınadək ödənilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2025-ci il
Digər xəbərlər