NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Azərbaycan ilə İordaniya Haşimilər Krallığı Hökuməti gömrük işi sahəsində əməkdaşlıq edəcək

...

Parlament “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, qanun layihəsi Milli Məclisin fevralın 2-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.

Nəşr edilib : 02.02.2026 13:59