NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş başlayıb - YENİLƏNİB

...

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında üçtərəfli görüş keçirilir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə "İmedi news" məlumat yayıb.

Məlumata görə, tədbiri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.

Görüşün məqsədi üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaqdır ki, bu da üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər.

09:30

Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Gürcüstan daha əvvəl bəyan etmişdi ki, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması üçün də öz platformasını təqdim etməyə hazırdır.

Nəşr edilib : 17.04.2025 12:00