NAXÇIVAN :

03 May 2026, Bazar

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub

...

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə nazir Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrdən söz açıb.

Söhbət zamanı Azərbaycan ilə Belarus arasında mədəni əməkdaşlığın inkişaf etirilməsi müzakirə olunub. Gələcəkdə mədəniyyət günlərinin keçirilməsi, bölgələrdə mədəni proqramların birgə təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 30.01.2026 10:33