NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycan Aktauda Beynəlxalq Gənclər Forumunda təmsil olunur

...

Aktau şəhərində “Aktau Youth Forum” Beynəlxalq Gənclər Forumu işə başlayıb.
“Şərq qapısı” xəbər verir ki, tədbir Qazaxıstanın bütün regionlarından, o cümlədən Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Türkiyədən olan 150 gənc lideri bir araya gətirib.
Forum çərçivəsində əvvəlcə gənclər tərəfindən həyata keçirilmiş sosial və maarifləndirici layihələrin sərgisi təşkil olunub.
Tədbirin əsas məqsədi gənclərin mənəvi, intellektual və sosial potensialının artırılması, beynəlxalq əməkdaşlığın inkişafı və dövlətlərin gənclər siyasətinin səmərəli icrasına dəstək göstərməkdir.
Forumun proqramına panel sessiyalar, təcrübə-seminarlar, “workshop”lar, eləcə də Mangistau vilayətinin mədəni-tarixi obyektlərinə ekskursiyalar daxildir.
Beynəlxalq Gənclər Forumu noyabrın 7-dək davam edəcək.

Nəşr edilib : 05.11.2025 20:27