NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Azad edilmiş ərazilərdə daha 51 mina, 504 PHS aşkarlanıb

...

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.04.2025 - 04.05.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 32 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 504 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 416,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Nəşr edilib : 05.05.2025 11:14